
İran ölkənin Ali rəhbəri Seyid Əli Xameneinin fiziki olaraq vəzifədən kənarlaşdırılması və ABŞ ilə mümkün hərbi münaqişə fonunda hökumətin süqutu ehtimalı halında ehtiyat planı hazırlayır.
Missiya.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti İranın yüksək vəzifəli rəsmilərinə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Xamenei səlahiyyətlərinin bir hissəsini məhdud sayda etibarlı şəxslərə həvalə edib və həm hərbi, həm də mülki sahələrdə çoxqatlı varislik sisteminin yaradılmasını əmr edib. Liderlərə Ali rəhbərlə əlaqənin kəsilməsi və ya onun ölümü halında dörd nəfərə qədər potensial müavin müəyyən etmək tapşırılıb.
Xamenei əsas qərarların əlaqələndirilməsini parlamentin keçmiş spikeri və Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaniyə həvalə edib.
Qeyd olunub ki, İsraillə son gərginliklər fonunda Xamenei üç potensial varisin adını da çəkib, lakin onların adları açıqlanmayıb. Laricani din xadimi olmadığı üçün onların arasında deyil.
Tehran hesab edir ki, davam edən diplomatik əlaqələrə baxmayaraq, ABŞ-nin mümkün zərbəsi riski yüksək olaraq qalır. Buna cavab olaraq İran hakimiyyəti silahlı qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirib və bir sıra hərbi təlimlər keçirib.
Daşqın HəsənovMissiya.Az