AZ

Hadisə özünü BELƏ MÜDAFİƏ ETDİ

Türkiyəli müğənni Hadisə bu dəfə sosial şəbəkədə paylaşdığı video səbəbilə tənqid hədəfinə çevrilib. İddialara görə, o, BMT-nin Uşaq Fondu — UNICEF ilə bağlı paylaşımında Türkiyəni humanitar yardıma ehtiyacı olan ölkələrlə eyni kontekstdə göstərib. Bu isə bəzi sosial media istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb və tənqid dalğası qısa müddətdə böyüyüb.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, tənqidlərin artmasından sonra Hadise sözügedən videonu sosial media hesabından silib. Ardınca isə açıqlama yayaraq bildirib ki, ona əvvəlcədən hazırlanmış bir mətn göndərilib və həmin mətn əsasında video çəkməsi xahiş olunub. Müğənni paylaşımın arxasında hər hansı mənfi niyyətin olmadığını vurğulayıb.

Məsələ sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Bəzi istifadəçilər sənətçini diqqətli olmağa çağırarkən, digərləri isə onun açıqlamasını yetərli hesab edib. Hadisənin özü isə məsələyə dair əlavə şərh verməyib.

Müğənni yayılan tənqidlərə cavab olaraq bildirib ki, o, “bu vətanə aşiq bir qadındır”.

Seçilən
12
ikisahil.az

1Mənbələr