AZ

Zelenski Trampı etibarsız adlandırdı, onun postdan gedəcəyinə ümid etdi

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın etibarlılığına şübhə ilə yanaşıb. Sherg.az xəbər verir ki, bu barədə BBC yazıb.

Bildirilib ki, Zelenskidən Ağ Evin rəhbərinə, xüsusilə təhlükəsizlik zəmanətləri məsələsində etibar edib-etmədiyi soruşulub. O isə cavabında zəmanətlərin yalnız prezidentdən asılı olmadığını, ABŞ Konqresinin də bu məsələdə mühüm rol oynadığını vurğulayıb.

Zelenski qeyd edib ki, siyasi elitalar və liderlər dəyişir, buna görə də uzunmüddətli – məsələn, 30 illik təhlükəsizlik zəmanətləri tələb olunur və bu zəmanətlər Konqres tərəfindən təsdiqlənməlidir.

Məqalədə onun faktiki olaraq Trampın etibarlı tərəfdaş olub-olmadığını sual altına aldığı bildirilir. Daha əvvəl isə "The Sun" Zelenskinin Trampın sülh yanaşmasını “ədalətsiz” adlandırdığını yazmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
sherg.az

1Mənbələr