AZ

“Real”da Arbeloa dönəmi erkən başa çatır – İDDİA

“Real”ın baş məşqçisi Alvaro Arbeloanın gələcəyi qarşıdakı oyunlardan asılıdır.

İdmanxeber.az xəbər verir ki, bu barədə Sport.es saytı məlumat yayıb. Komandanın La Liqada “Osasuna”ya məğlubiyyəti (1:2) vəziyyəti çətinləşdirib.

25 fevralda “Benfika” ilə Çempionlar Liqası oyunu 43 yaşlı mütəxəssisin taleyində həlledici ola bilər.
Bildirilir ki, rəhbərlik və futbolçuların bir qismi onun taktikası ilə bağlı narazıdır.

Klub titul qazanılacağı halda əməkdaşlığı davam etdirmək istəyir, əks halda müqaviləyə xitam verilə bilər.

Seçilən
9
idmanxeber.az

1Mənbələr