AZ

Lukas Şevalye millidə yerini itirə bilər

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

PSJ-nin qapıçısı Lukas Şevalye Fransa millisində yerini itirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti məlumat yayıb. 

Mənbənin məlumatına görə, 24 yaşlı qapıçı artıq Paris komandasının bir nömrəli qapıçısı deyil. Bu vəziyyət də Fransa millisinin məşqçilər heyəti arasında narahatlıq yaradıb.

Şevalye vəziyyətini yaxşılaşdırmasa, millinin martda ABŞ-da təşkil olunacaq toplanışına dəvət olunmayacaq.

Artıq yığmanın məşqçiləri "Komo"dan Jan Bute və "Lans"dən Robin Risserə diqqət ayırmağa başlayıblar. 

Qeyd edək ki. Şevalye cari mövsümdə PSJ-nin heyətində 26 matçda 28 qol buraxıb. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
sport24.az

1Mənbələr