525.az saytına istinadən ain.az xəbər verir.
“Ölkədə hazırda bütün nəqliyyat vasitələrinin hərəkəti klassik üçrəngli işıqfor sistemi qırmızı, sarı və yaşıl siqnallar vasitəsilə tənzimlənir və mövcud sistem praktik baxımdan kifayət qədər effektivdir. Piyadaların və velosipedçilərin hərəkəti də ayrıca bölmələrlə tənzimlənir. Velosipedçilər üçün nəzərdə tutulan işıqfor siqnalları qanunvericiliyə əsasən elektrikli skuter istifadəçilərinə də şamil olunur və onlar eyni kateqoriyada qiymətləndirilir”.
Bunu nəqliyyat eksperti Elməddin Muradlı 525.az-a bildirib. Onun sözlərinə görə, hazırkı mərhələdə əlavə siqnal bölmələrinin quraşdırılmasına zəruri ehtiyac yoxdur:
“Hər hansı ciddi problem yoxdur ki, buna görə ayrıca yeni işıqfor bölməsi tətbiq edilsin. Bu, həm də böyük maliyyə və infrastruktur dəyişikliyi tələb edir”. Yaxın perspektivdə Azərbaycanda bu tip yeniliyin tətbiqi gözlənilmir və mövcud sistem hazırkı nəqliyyat axınını və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yetərlidir”.
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.