ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Kreml lideri Vladimir Putin artıq Üçüncü Dünya Müharibəsinə başlayb. İndiki vəzifə onun tammiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə BBC telekanalına verdiyi müsahibədə bildirib.
“Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasının dörd ili tamam olacaq. Müharibə on minlərlə ukraynalının həyatına son qoyub, milyonlarla insanı didərgin salıb və bir çox Ukrayna şəhər və kəndlərini dağıdıb”, - Zelenski qeyd edib.
“Buna görə də, mən inanıram ki, Putin artıq müharibəyə başlayıb. Yeganə sual onun nə qədər ərazi ələ keçirə biləcəyi və onun necə dayandırıla biləcəyidir”, - Ukrayna Prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya öz sülhünü gətirmək və insanların həyatını istədiyi kimi dəyişdirmək istəyir.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayının sonundan bəri ABŞ Ukrayna və Rusiya arasında müharibənin bitməsi şərtləri ilə bağlı üçtərəfli danışıqlar aparılır. Rusiyanın Ukraynadakı müharibəyə son qoymaq üçün əsas şərti Donbasın tamamilə ona verilməsi və Ukrayna qoşunlarının Kiyevin hələ də nəzarətində olan bölgədən çıxarılmasıdır. Ukrayna bu tələblə razılaşmır. ABŞ-nin kompromis təklifi isə Donbasda silahsızlaşdırılmış, azad iqtisadi zona yaratmaqdır, baxmayaraq ki, bu zonanın kimin suverenliyi altında olacağı məlum deyil.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.