AZ

Növbəti ABŞ-İran danışıqları bu tarixdə keçiriləcək


ABŞ və İran arasında danışıqlar fevralın 26-da Cenevrədə keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“ABŞ və İran arasında danışıqların cümə axşamı günü Cenevrədə keçirilməsi planlaşdırıldığını təsdiqləməkdən məmnunam”, - o, qeyd edib.
Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Əraqçi də 26 fevralda Cenevrədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşə biləcəyi bildirib.
Seçilən
0
yeniavaz.com

1Mənbələr