AZ

Rusiyadan kəndə gələn qonağın söyüşə görə başına iş gəldi TƏFƏRRÜAT

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şabran rayonunda 1956-cı il təvəllüdlü Sadiq sərxoş vəziyyətdə Ədalət Nurullayevi bıçaqlayıb.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2023-cü ilin sentyabrın 20-də rayonun Düzbilici kəndində baş verib. Sadiq həmin gün saat 23 radələrində özünə məxsus fərdi yaşayış evinin həyətində tanışı Ədalət ilə aralarında yaranmış mübahisə zəminində masanın üzərində olan bıçağı götürərək onun qarın nahiyəsinə bir dəfə vurub. Sadiqin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sadiq elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisədən sonra başında ağır zədələnmə olduğundan yaddaşını itirib. Onun sözlərinə görə, hadisə ilə bağlı heç nə yadına gəlmir. Qeyd edib ki, Ədalət Nurullayev hadisəni necə danışıbsa, olduğu kimidir, Nurullayev ilə çoxdan barışıblar.Zərərçəkmiş Ədalətin sözlərinə görə, hadisə 20 sentyabr 2024-cü ildə baş verib: “Mən özüm Rusiyada yaşayıram. Həmin vaxt kəndə yasa başsağlığı verməyə gəlmişdim. Sadiq ilə qonşu olmuşuq. Bizim evimizin arasından yol keçirdi. Onunla heç vaxt düşmənçiliyim olmayıb. Hadisə günü gördüm ki, içkili halda mənə tərəf gəlir. Həmin zaman Şahid adlı şəxs hadisə yerində olub. Təqsirləndirilən şəxs içkili olub, söyüş söyüb. Daha sonra mən də onu söydüm. Sadiq mənə bir bıçaq zərbəsi vurdu. O, da əsəbiləşdi, məni yaraladı”.İş üzrə ifadə verən Şahidin sözlərinə görə, 2023-cü ilin sentyabrın 20-də tanışı Sadiq adlı şəxs ona zəng edib və Şabran rayonuna gəldiyini, onunla birgə Şabran rayonu Nohurlar kəndində yeyib-içməyə gedəcəyini bildirib: “Bir neçə saat sonra Sadiq Şabran rayonuna gəldi və bizi Şabran rayon mərkəzi bazarından bazarlıq etdik, Sadiqin Düzbilici kəndində yerləşən evinə getdik. Evin həyətində manqal qaladıq, Sadiqlə yeyib-içməyə başladıqdan bir az sonra Sadiqin bacanağı Mikayıl adlı şəxs də bizim yanımıza gəldi. Mikayıl bir qədər mənimlə süfrə arxasında oturduqdan sonra işlərinin olduğunu deyərək getdi. Biz isə Sadiqlə içki içməyə davam etdik. Axşam saat təxminən 23 radələrində Sadiqin evinə tanımadığım, sonradan adının Ədalət olduğunu öyrəndiyim bir nəfər şəxs gəldi. Həmin vaxt biz Sadiqlə ikimiz evdə televizora baxırdıq. Ədalət evə daxil olduqdan sonra Sadiq ilə söhbət etməyə başladı. Bir qədər sonra onlar hansısa bir məsələni müzakirə etdlər. Mən də onlara istirahət etdiyimi, məni narahat etməmək üçün çölə çıxmaqlarını bildirdim. Bundan sonra biz evin həyətinə çıxdıq. Bir neçə dəqiqə sonra isə Ədalətin qışqırıq səsini eşitdim və evin həyətinə çıxdıq. Çölə çıxan zaman Ədalətin qarın nahiyəsindən qan gəldiyini gördüm və dərhal evə daxil olaraq döşəyin üzünü götürərək Ədalətin yana gəldik. Həmin üzlük ilə onun qarnını bağladıq. Ədalət ilə bundan sonra Sadiqin üzərinə getdik, onun sifət nahiyəsindən yumruqla vurmağa başladıq. Sadiq mənim zərbəmdən yerə yıxıldı. Ədalət Sadiqin yerə yıxılmasından sonra onun sifət və baş nahiyəsindən təpiklə də vurmağa başladı. Mən onları ayırmağa çalışsam da, onları ayıra bilmədim. Ədalət Sadiqi bir qədər döydükdən sonra ondan əl çəkdi. Bundan sonra Sadiqi oradan götürərək evə gətirdim. Yerdə uzadaraq üzərini örtdüm. Daha sonra Sadiqin qohumu Mikayıl adlı şəxsə zəng etdim və təcili tibbi yardım çağırmasını bildirdim. Bir qədər sonra təcili tibbi yardım gəldi”.Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsi, təqsirliliyi sübuta yetirilmədiyindən Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə məhkum edilmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib. Amma birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. O, həbsdən azad edilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
demokrat.az

1Mənbələr