ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Meksikada “Xalisko Yeni Nəsil” kimi tanınan Xalisko Yeni Nəsil Karteli (CJNG) qruplaşmasının lideri Nemesio Osequera Servantesin öldüyü bildirilir.
“El Menço” ləqəbi ilə tanınan 59 yaşlı Servantesin Xalisko ştatının Tapalpa şəhərində keçirilən əməliyyat zamanı ordu ilə silahlı toqquşmada ağır yaralandığı, daha sonra paytaxt Mexikoya aparılarkən həyatını itirdiyi qeyd olunur.
Məlumata görə, əməliyyat zamanı kartelin dörd üzvü öldürülüb, üç hərbçi isə yaralanıb. ABŞ-nin əməliyyata kəşfiyyat məlumatları ilə dəstək verdiyi bildirilir.
Liderlərinin ölümü xəbəri yayıldıqdan sonra CJNG üzvlərinin ölkənin səkkiz ştatında iğtişaşlar törətdiyi, avtomobilləri yandırdığı, yolları bağladığı və təhlükəsizlik qüvvələrinə hücumlar etdiyi vurğulanır.
Keçmiş polis əməkdaşı olan “El Menço”nun ABŞ-yə kokain, metamfetamin və fentanil qaçaqmalçılığı ilə məşğul olan geniş şəbəkəyə rəhbərlik etdiyi bildirilirdi. Onun tutulmasına kömək edəcək məlumat üçün Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti 15 milyon dollar mükafat elan etmişdi.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.