AZ

Xameneiyə qarşı çevriliş cəhdi olub Qarşısını bu şəxs alıb

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranda etirazların pik həddə çatdığı dövrdə ölkə rəhbərliyinə qarşı diqqətçəkən çevriliş iddiası gündəmə gəlib. 

Fransanın "Le Figaro" nəşrində yayımlanan xəbərə görə, ali dini lider Əli Xameneini vəzifədən uzaqlaşdırmaq və ölkədən çıxarmaq məqsədilə daxildə plan hazırlanıb.

Məlumata əsasən, etirazların ən şiddətli mərhələsində Xameneiyə qarşı çevriliş cəhdinin təşkil olunduğu iddia edilir. Xəbərdə bildirilir ki, planın hazırlanmasında İran siyasətinin tanınmış simaları da yer alıb.

İddialara görə, İranın sabiq prezidenti Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif də daxil olmaqla bəzi şəxslər Xameneini ölkədən çıxarmaq üçün təşəbbüs irəli sürüblər.

Nəşrin yazdığına görə, plan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin dəstəyini ala bilmədiyi üçün uğursuzluğa düçar olub.

İddialara əsasən, planın üzə çıxmasından sonra Ruhani və Zərif bir neçə gün ev dustaqlığına alınıb, bəzi islahatçı siyasətçilər isə müvəqqəti saxlanılıb. Həmçinin xəbərdə qeyd olunur ki, İran Prezidenti Məsud Pezeşkian prosesdən kənarda saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl "The New York Times" qəzetində yayımlanan başqa bir materialda isə çevriliş cəhdinin qarşısını alan əsas fiqurun Əli Laricani olduğu və onun səlahiyyətlərinin genişləndirildiyi bildirilib.

Rəsmi Tehran isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
azpolitika.info

1Mənbələr