AZ

Tolikdən narkotik iddiası, Səidədən “şantaj” cavabı Video

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Müğənni Səidə Sultanla aparıcı Tarix Əliyev (Tolik) arasında ötən gündən başlayan qalmaqal səngimək bilmir.

Axşam.az xəbər verir ki, tərəflər sosial şəbəkədə videolar paylaşaraq, bir-birinin ünvanına təhqirlər səsləndirib.

Tolik Səidəni narkotik maddə istifadə etməkdə ittiham edib. O bildirib ki, Səidə buna görə müalicə alıb:

"Yalandan toy etdin ki, ərin var. Ərin varsa, gəlsin. Amma yoxdur".

Səidənin qarşı tərəfə cavabı gecikməyib. O, video paylaşaraq başqa bir xəstəlikdən müalicə aldığını, qolundakı iynə izlərinin də buna görə olduğunu bildirib:

"Görürsünüz, biz bu gün kimlərin əlində oynayırıq? Bu, neçə ildir belə davam edir. Tolik girib şou-biznesə, onu buna, bunu ona qatıb. Hamını qorxudur, hamı da qorxur. Hamının da çəkinəcək yeri var. Mən Səidə isə çəkinmirəm, yaltaq deyiləm. Məni hədələyir? O qurumlar sənin kimilərin sözü ilə oturub-durur? Bu nə danışqıdı? Hər dəqiqə insanları polislə hədələyirsən. Səni kim salıb bu camaatın içinə? 2 ay səninlə işləmişəm. Mən sərbəst qızam, açıq geyinmişəm, amma heç vaxt kiminsə ailəsinə söz-söhbət salmamışam. Gördüm sənin normal yaşayış tərzin yoxdur, insanları hədələyirsən uzaqlaşdım. Özündən xəbərin var? Yenə deyirəm, fikrin sənə yaltaqlanan adamlara getməsin. Heç kimin həyatına zərər verməmişəm".

Qeyd edək ki, Səidə verilişlərdə xoşagəlməz hallar yaşandığı ilə bağlı video paylaşmış, aparıcıları sərt tənqid etmişdi. Bundan sonra Toliklə ifaçı arasında mübahisə yaşanıb. Tolik Səidəni polisə şikayət edib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
axsam.az

1Mənbələr