AZ

Taksidən istifadə edənlər oxusun: sifarişlərlə bağlı problem var Çıxış yolu

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda taksi xidmətləri ilə bağlı narazılıqlar artır. Belə ki, sifarişi qəbul etdikdən sonra müştəridən ləğv etməsini tələb edən sürücülərin sayının çoxaldığı bildirilir. İddialara görə, sürücülər reytinqlərinin aşağı düşməməsi üçün bu üsula əl atırlar. Xüsusilə pis hava şəraitində və gecə saatlarında bu hal vətəndaşları çətin vəziyyətdə qoyur.

Çıxış yolu nədir? Həmin sürücülər haqda hüquqi tədbir görülə bilərmi?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, bu kimi hallar sürücülərin iş prinsipinə xələl gətirir və taksi xidmətinin nüfuzuna mənfi təsir göstərir:

“Sifariş qəbul edildikdən sonra onun əsassız şəkildə ləğv edilməsi nə etik, nə də məntiqi baxımdan düzgün deyil. Burda məsələyə hüquqi tərəfdən də yanaşmaq mütləqdir. Bu sahəyə nəzarət edən və məsuliyyət daşıyan müvafiq qurumlar var. Həmin qurumların tabeliyində fəaliyyət göstərən şirkətlər, eləcə də fiziki və hüquqi şəxslər problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər görməlidirlər. Əks halda, bu məsələlər həll olunmamış qalacaq və davamlı xarakter alacaq”.

Aslan Əsədov

Ekspert bildirib ki, problemin həlli üçün əsas yol hüquqi mexanizmlərin effektiv tətbiqidir:

“Sifarişlərin əsassız ləğvinin qarşısı alınmalı, həm sürücülər, həm də sərnişinlər üçün aydın və məcburi qaydalar müəyyən edilməlidir. Bu prosesə nəzarət edən icraçı və podratçı şirkətlər fəaliyyət prinsiplərinə riayət etməli, xidmət keyfiyyətini davamlı şəkildə izləməlidirlər. O cümlədən taksi şirkətləri daxili nəzarət mexanizmlərini gücləndirməli, əsassız ləğvlərə görə cərimə və ya bloklama tətbiq etməlidirlər. Sərnişinlər də belə hallarda sifarişi özləri ləğv etməməli, tətbiq üzərindən rəsmi şikayət bildirməlidirlər ki, sistemdə qeydə alınsın. Sistemli nəzarət və şəffaf cərimə mexanizmi tətbiq olunarsa, bu kimi sui-istifadə hallarının qarşısını almaq mümkündür”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
globalinfo.az

1Mənbələr