AZ

İki ölkədən İrana pis xəbər: ABŞ la müharibə başlasa...

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“İran illərdir Rusiya və Çinlə hərbi əməkdaşlığını genişləndirməyə çalışsa da, ABŞ-ın potensial hücumu yaxınlaşdıqca bu ölkələr Tehrana açıq hərbi dəstək göstərməkdən çəkinirlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) məlumat yayıb.

“İran və Rusiya ötən həftə Oman dənizində kiçik bir birgə təlim keçirib. Bu təlim ABŞ-ın bölgədə topladığı hərbi gücə nisbətən əhəmiyyətsiz olub. Analitiklər bildirirlər ki, Tehran 12 günlük müharibədən sonra raket ehtiyatlarını, hava hücumundan müdafiə sistemlərini və digər imkanlarını bərpa etməyə çalışır”, – deyə nəşr yazıb.

İsrailli tədqiqatçı Denni Sitrinoviç qeyd edib ki, Moskva və Pekin ABŞ Prezidenti Donald Trampın İrana hücum əmri verəcəyi halda Tehrana birbaşa hərbi müdaxilə etməyəcəklər:

“Onlar öz maraqlarını İran rejimi üçün qurban verməyəcəklər. Rejimin devrilməyəcəyinə ümid edirlər, ancaq hərbi qarşıdurmaya da girməyəcəklər”.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr