AZ

Şuşa Teatrında “Tələ” tamaşasının premyerası olub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 fevral, AZƏRTAC

Şuşa Dövlət Musiqili Dram Teatrında fransız dramaturqu Robert Tomasın “Tələ” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.

Bildirilib ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Fatma Əliyeva, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı isə Kənan Məmmədovdur.

Səhnə əsərində rolları Rasəf Mehdiyev, Aybəniz Cahangirova, Türkay Cəfərli, Orxan Abışov, Gülarə Məmmədova və Gündüz Qasımov canlandırıblar.

Detektiv janrda yazılan “Tələ” əsərinin süjet xəttində həyat yoldaşını qətlə yetirən Danielin düşdüyü vəziyyətdən bəhs olunur. Hadisələrin gedişində gerçəkliklə yalanın sərhədləri qarışır, dramatik və komik situasiyalar paralel şəkildə inkişaf edərək tamaşaçını finala qədər gərginlikdə saxlayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
azertag.az

2Mənbələr