AZ

“Neftçi”nin baş məşqçisindən maraqlı qərar - Onlara bu işi də tapşırdı

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub köməkçilərinə yeni iş tapşırıb.

Onlar artıq akademiyanın fəaliyyətini nəzarətdə saxlamaqla görəvləndirilib.

Ukraynalı mütəxəssisin yardımçıları aşağı yaş qrupları üzrə komandaların oyunlarını izləyir və hesabat hazırlayır. Bura xüsusən U-17, U-19 və əvəzedici heyət aiddir.

59 yaşlı çalışdırıcı həmin raportlar əsasında burada çıxış edən perspektivli yeniyetmə və gənclər barədə məlumat toplayır.

Təcrübəli məşqçinin niyyəti onları daim nəzarətdə saxlamaq və tədricən əsas komandanın məşqlərinə cəlb etməkdir.

Vernidubun gəldiyi ilk qənaətə görə, «Neftçi»də istedadlı uşaqlar çoxdur, sadəcə, əvvəl burada çalışmış həmkarları tərəfindən diqqət görməyiblər.

Bir zamanlar «Şerif»lə Çempionlar Liqasını görmüş sükançı fikirləşir ki, əgər Azərbaycanda qalası olsa, yayda daha 4-5 cavanı daimi olaraq öz sərəncamında saxlasın.

Vernidubun gözünü tutan gənclərdən bir neçəsi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən təlim-məşq toplanışında iştirak edib.

SPORFTİNFO.AZ

Seçilən
10
sportinfo.az

1Mənbələr