AZ

ABŞ Dövlət Departamenti Meksikada narkobaronun öldürülməsini böyük nailiyyət adlandırıb

Meksikanın ən böyük cinayətkar qruplaşmalarından biri olan “Xalisko Yeni Nəsil” kartelinin lideri, "El Menço" ləqəbli Nemesio Oseguera Servantesin məhv edilməsi bütün dünya üçün böyük bir nailiyyətdir.

Qaziler.az  "izvestiya"ya istinadən bildirir ki, ABŞ dövlət katibinin müavini Kristofer Landau bunu fevralın 22-də açıqlayıb.

"Mənə indi məlumat verildi ki, Meksika təhlükəsizlik qüvvələri ən qanlı və amansız narkobaronlarından biri olan El Mençonu məhv edib. Bu, Meksika, ABŞ, Latın Amerikası və dünya üçün böyük bir nailiyyətdir. Yaxşı oğlanlar pis oğlanlardan daha güclüdür. Biz onlardan çoxuq", - deyə o, X-də (əvvəllər Twitter) yazıb.

Landau həmçinin Meksika hüquq-mühafizə orqanlarını təbrik edib.

QAZİLER.AZ

Seçilən
9
qaziler.az

1Mənbələr