Olaylar.az xəbər verir ki, "The Washington Post" qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, əməliyyat Meksika hərbçiləri tərəfindən icra edilsə də, prosesdə ABŞ və Meksikanın müştərək xüsusi qrupu yaxından iştirak edib. Sözügedən qrup 2025-ci ilin yanvarında narkokartellərlə mübarizə üçün Pentaqon tərəfindən yaradılıb və Arizona ştatında fəaliyyət göstərir. Qrupa ABŞ kəşfiyyatı, hüquq-mühafizə orqanlarının nümayəndələri və hərbçilər daxildir. Bu struktur mütəmadi olaraq Meksika hərbçiləri ilə məlumat mübadiləsi aparır və hər iki ölkənin ərazisində fəaliyyət göstərən cinayətkar qruplaşmalar haqqında kəşfiyyat məlumatları toplayır.
Meksikanın Vaşinqtondakı səfirliyi isə ABŞ hərbçilərinin əməliyyatda birbaşa iştirakı barədə iddiaları təkzib edib. Səfirlikdən bildirilib ki, Xalisko ştatının Talpa-de-Alyende bələdiyyəsində həyata keçirilən güc əməliyyatı Meksika xüsusi xidmət orqanları tərəfindən müstəqil hazırlanıb və icra edilib.