AZ

Sabah hava necə olacaq? - PROQNOZ

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında fevralın 24-də hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Trend xəbər verir ki, bubarədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, gecə və səhər bəzi yerlərdə havanın çiskinliolacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq.Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununayüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabiryağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi,dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəziyerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti, dağlardagecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Seçilən
7
49
az.trend.az

10Mənbələr