AAYDA-danın tabeliyində olan Avtomobil Yolları Mühafizə Xidmətinin əməkdaşları 20 gündür ki, maaş ala bilmirlər.
Bu barədə adını çəkilməsini istəməyən AAYDA əməkdaşları "Sitat.info"ya məlumat veriblər.
Bildirilib ki, bu vəziyyət AAYDA-da rəhbər dəyişikliyindən sonra baş verib. İşçilərə maaşlarının nə vaxt veriləcəyi ilə bağlı konkret tarix deyilmir.
Qeyd edək ki, “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC 2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyinə verilib.
Məsələ ilə bağlı AAYDA-nnı mətbuat xidmətinə sorğu göndərmişik, açıqlamanı dərc edəcəyik.
Tehran,
Sitat.info