AZ

AAYDA-nın tabeliyindəki qurumda maaşlar gecikir: İşçilər 20 gündür maaş ala bilmir

AAYDA-danın tabeliyində olan Avtomobil Yolları Mühafizə Xidmətinin əməkdaşları 20 gündür ki, maaş ala bilmirlər.

Bu barədə adını çəkilməsini istəməyən AAYDA əməkdaşları "Sitat.info"ya məlumat veriblər.

Bildirilib ki, bu vəziyyət AAYDA-da rəhbər dəyişikliyindən sonra baş verib. İşçilərə maaşlarının nə vaxt veriləcəyi ilə bağlı konkret tarix deyilmir. 

Qeyd edək ki, “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC 2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyinə verilib.

Məsələ ilə bağlı AAYDA-nnı mətbuat xidmətinə sorğu göndərmişik, açıqlamanı dərc edəcəyik.

Tehran,

Sitat.info

Seçilən
9
2
sitat.info

5Mənbələr