AZ

Sülh Şurası hansı münaqişələri həll edə bilər? AÇIQLAMA

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Sülh Şurası Qəzzaya sülhün gətirilməsindən başqa digər sülh proseslərində, münaqişələrin həllində də iştirak edə bilər.

Bəs hansı münaqişələr həll edilə bilər?

Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ Prezidenti Donald Trampın dünyada hansısa qlobal problemi ədalət çərçivəsində həll edəcəyi və yaxud da həll edə biləcəyi o qədər də inandırıcı görünmür:

"Ancaq bununla belə, Sülh Şurası təsis olunub və ilk olaraq bu Sülh Şurasının missiyasına Qəzza böhranının nizamlanması daxil edilib. Prezident Tramp iddia edir ki, Sülh Şurası Qəzza böhranı ilə yanaşı, digər qlobal münaqişələrin də nizamlanmasında həlledici rol oynaya bilər".

Siyasi şərhçi vurğuladı ki, hazırda ABŞ, eləcə də Tramp administrasiyası qarşısında ən ciddi problem məhz Ukrayna savaşının dayandırılması ilə bağlı prosesdir:

"Hələlik prosesdə pozitiv, ümidverici nəticələr əldə olunmayıb. Tramp administrasiyasının bütün cəhdlərinə baxmayaraq, bu savaş uzanmaqda davam edir. Ona görə də hesab etmək olar ki, əgər Sülh Şurası üzərindən dünyada hansısa münaqişələrin həll olunması nəzərdə tutulursa, ilk növbədə Qəzza böhranı və Ukrayna savaşının dayandırılması ilə bağlı problemlərin həll edilməsi ön plana çəkilə bilər".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
redaktor.az

2Mənbələr