AZ

Kallas: Aİ Brüssel görüşündə 20 ci sanksiya paketi ilə bağlı razılığa gələ bilmir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) xarici işlər naziri Kaja Kallas etiraf etdi ki, Aİ xarici işlər nazirləri Brüssel görüşündə Rusiyaya qarşı 20-ci sanksiya paketi ilə bağlı razılığa gələ bilmirlər.

Bizimyol.info xəbər verir ki, o, bunu nazirlər görüşündə jurnalistlərə bildirib.

"Əlbəttə ki, biz 20-ci sanksiya paketini müzakirə edəcəyik. Görürsünüz ki, bu gün heç bir irəliləyiş olmayacaq, amma biz səy göstərəcəyik", - deyə o bildirib.

Brüsseldəki diplomatik mənbə isə mətbuata: "Heç bir irəliləyiş yoxdur. Plan 95% razılaşdırılıb, lakin qalan fikir ayrılıqları həll edilə bilməyib. İndi nazirlər bunu müzakirə edəcəklər", - deyə bildirib.

Daha əvvəl başqa bir diplomat da bildirmişdi ki, 20-ci paketin 24 fevrala qədər qəbul edilməsi "şübhə altında deyil", yeganə sual Avropa Komissiyası tərəfindən hazırlanan məhdudiyyətlərin nə qədər azaldılacağıdır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
bizimyol.info

1Mənbələr