AZ

Sabah Novruzun ilk çərşənbəsi Su çərşənbə si qeyd olunacaq

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Sabah Azərbaycanda Novruz bayramı ərəfəsində qeyd olunan ilk çərşənbə – Su çərşənbəsidir. Xalq arasında “Əzəl çərşənbə” kimi tanınan bu gün Novruz hazırlıqlarının başlanğıcı hesab olunur.Su çərşənbəsi təbiətin oyanmasını, suyun təmizləyici və yeniləyici gücünü simvolizə edir. İnanca görə, bu gündə sular durulur, axarlar açılır, həyat yenidən canlanır. İnsanlar səhər tezdən su ilə bağlı inanclara əməl edir, evlərdə təmizlik işləri aparırlar.Adət-ənənəyə əsasən, bu gündən etibarən Novruza hazırlıq mərhələsi başlayır. Qeyd edək ki, Su çərşənbəsindən sonra Od, Yel və Torpaq çərşənbələri qeyd olunacaq.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
demokrat.az

1Mənbələr