AZ

"Arsenal" 90 il əvvəlki rekordu təkrarladı

Bu, klub tarixində Arsenalın eyni mövsümdə qonşularını iki dəfə böyük hesabla məğlub etdiyi ikinci haldır.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, 22 fevral bazar günü Tottenhem - Arsenal matçı keçirildi və "topçular" ev sahiblərini 4:1 hesabı ilə məğlub edə bildilər. Beləliklə, Mikel Artetanın yetirmələri tarixində ikinci dəfə olaraq bir liqa mövsümündə Tottenhem üzərində iki sarsıdıcı qələbə qazanıblar.

Xatırladaq ki, Arsenal bu mövsümün ilk yarısında Tottenhemi eyni hesabla - 4-1 hesabı ilə məğlub edib. BBC-nin məlumatına görə, "topçular"ın liqada Tottenhemi iki dəfə üç və ya daha çox qol fərqi ilə məğlub etdiyi yeganə hal 1934/35 mövsümündə olub (6-0, 5-1) .

Daha əvvəl "Arsenal"ın Sakanı komandanın ən çox maaş alan oyunçusu etdiyi bildirilmişdi .

Müəllif: Günel Fərzəliyeva
Seçilən
1
1
sia.az

2Mənbələr