AZ

“Nyukasl”da “Qarabağ”la oyun ərəfəsində ajiotaj yaşanmır

“Nyukasl” ilə “Qarabağ” arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu ingilis azarkeşlər arasında gözlənilən ajiotajı yaratmayıb.

İdman.Biz Britaniya mənbələrinə istinadən xəbər verir ki, qarşılaşma ərəfəsində satış sistemində hələ də boş yerlər mövcuddur. Qonaq sektoru üçün ayrılmış “Leazes Stand” tribunalarının yuxarı yarusundakı biletlərin bir hissəsi geri qaytarılaraq ev sahiblərinin azarkeşləri üçün ümumi satışa çıxarılıb. Əvvəlcə təxminən 500 qonaq bileti satışa buraxılsa da, sonradan bu rəqəm min həddini keçib və artmaqda davam edib.

Bundan əlavə, klubun rəsmi təkrar satış platformasında da aktivlik müşahidə olunur – bir sıra mövsümlük abonement sahibləri biletlərini satışa çıxarıb. Bu mənzərə əsasən Bakıda keçirilən ilk oyunun nəticəsi ilə əlaqələndirilir – “Nyukasl” səfərdə 6:1 hesablı qələbə qazanaraq növbəti mərhələ məsələsini böyük ölçüdə həll edib.

Xatırladaq ki, Bakıda baş tutan ilk görüşdə təxminən iki min britaniyalı azarkeş iştirak etmişdi. Cavab oyunu fevralın 24-də Nyukaslda keçiriləcək və start fiti Bakı vaxtı ilə saat 23:59-da səslənəcək.

İdman.Biz
Məqalədə:
Seçilən
10
1
idman.biz

2Mənbələr