ŞƏMKİR, 23 fevral. TELEQRAF
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki,Əliyaqublu kənd sakini, 1996-cı il təvəllüdlü Hakim Mustafayev idarə etdiyi "VAZ"-2106 markalı avtomobillə Ukrayna Respublikasının vətəndaşı olmaqla, Şəmkir şəhərində yaşayan piayada, 58 yaşlı Şevçenko Nataşa Petrov qızını vurub.
Piyda hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma başlanılıb.