AZ

"Neftçi"nin ev oyunlarını keçirdiyi stadionun ən böyük tribunası Banişevskinin adını daşıyacaq

"Neftçi" bu gün 80 illik yubileyi olan Anatoli Banişevskinin adının əbədiləşdirilməsi yönündə daha bir addım atıb. 

Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın 15 ilə yaxındır ev oyunlarını keçirdiyi "Palms Sports Arena"nın ən böyük tribunası əfsanəvi futbolçunun adını daşıyacaq.

Məlumatı Bakı klubunun mətbuat xidməti yayıb. Əfsanəvi "9 nömrə"nin adı "Cənub" tribunasına verilib.

Seçilən
7
fanat.az

1Mənbələr