Atlanta Hawks komandasının heyətində çıxış edən Zakkari Risaşe, NBA-dəki ikinci mövsümündə gözləntiləri qarşılaya bilmir.

Offsideplus.az xəbər verir ki, 2024-cü il draftının 1 nömrəli seçimi olan fransız oyunçunun performansında ötən mövsümlə müqayisədə ciddi eniş müşahidə olunur.

Bu mövsüm 44 matçda ortalama 24.3 dəqiqə meydanda olan Risacher, 10.4 xal və 44.4 faiz dəqiqliklə yadda qalıb.

Hücumdakı zəif çıxışı səbəbindən baş məşqçi Kuin Snayder onu əsas heyətdən çıxarıb.

Əgər gənc basketbolçunun məhsuldarlığı artmasa, o, son 50 ildə ikinci mövsümündə 750 xal həddini keçə bilməyən Kvame Braun və Entoni Bennett kimi "uğursuz" 1 nömrəli seçimlər siyahısına düşə bilər.

Atlanta Hawks rəhbərliyi hazırkı çətinliklərə rəğmən, Risaşenin gələcəkdə öz potensialını nümayiş etdirəcəyinə ümid edir.