AZ

"ABŞ ordusu İrana hücuma hazırdır" - Bütün diqqət Trampda

ABŞ ordusunun Yaxın Şərqdə hərbi hazırlıqlarını başa çatdırdığı və Prezident Donald Trampdan gələcək hücum əmri gözlədiyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bölgəyə son illərin ən genişmiqyaslı hərbi qüvvə cəmləşdirilməsi həyata keçirilərkən iki aviadaşıyıcı gəmi və on minlərlə hərbçi İrana qarşı yerləşdirilib.

Pentaqonun keçmiş rəsmisi Dana Stroul ordunun uzunmüddətli və yüksək intensivlikli əməliyyata hazır olduğunu qeyd edərək "USS Gerald R. Ford" aviadaşıyıcısının ABŞ-yə qayıtmaqda olduğu halda Yaxın Şərqə istiqamətləndirildiyini bildirib.

Yaxın Şərqdə ardıcıl həyata keçirilən hərbi qüvvə köçürmələri ABŞ-nin bölgədə əməliyyat imkanlarını ən yüksək səviyyəyə çatdırıb. Dəniz və hava qüvvələrinin gücləndirilməsi ilə ABŞ qüvvələri genişmiqyaslı əməliyyat aparmaq imkanına malikdir. Bildirilir ki, ərazidə yerləşdirilən bölmələr komandanlıqdan veriləcək göstərişə əsasən İrana zərbə endirməyə hazırdır.

Hərbi gərginlik davam etdiyi bir vaxtda ABŞ ilə İran arasında dolayı diplomatik təmaslar da sürür. Cenevrədə planlaşdırılan yeni danışıqlar mərhələsi ərəfəsində tərəflər həm hərbi, həm də diplomatik kanallar üzrə hazırlıqlarını davam etdirir.

İranda universitet şəhərcikləri başda olmaqla müxtəlif şəhərlərdə yenidən aksiyaların keçirildiyi bildirilir. Tələbələrin fəal iştirakı ilə baş tutan aksiyalarda təhlükəsizlik qüvvələri və əks mövqeli qruplar arasında zaman-zaman gərginlik yaşandığı açıqlanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi qrupların hökumət əleyhinə şüarlar səsləndirdiyi əks olunub.

Seçilən
9
manset.az

1Mənbələr