ABŞ-nin "The Politico" qəzeti öz mənbələrinə istinadənyazırki, İslandiya hökuməti belə bir addımı 2027-ci ildə atmağı planlaşdırırdı, amma artan geosiyasi gərginlik səbəbi ilə proses sürətləndirilib. Rəsmi Reykyavik İslandiya-Aİ nümayəndələri arasında son dövrdə baş tutmuş qarşılıqlı səfərlər nəticəsində bu qənaətə gəlib. Məlumata görə, ölkə parlamenti ("Altinq") səsvermənin dəqiq tarixini yaxın bir neçə həftə ərzində ictimaiyyətə açıqlayacaq: "İslandiya xalqı səsvermədə Aİ-yə üzvlüyü dəstəkləsə, bu ölkə digər namizədlərdən qabaq ittifaqa qoşula bilər".
Məlumat üçün diqqətə çatdıraq ki, İslandiya daxili maliyyə böhranına görə 2009-cu ildə Aİ-yə üzvlük üçün müraciət irəli sürüb Hərçənd 2013-cü ildə ölkədə iqtisadi vəziyyət qaydasına düşəndə danışıqlar dayandırılıb. İslandiya, eyni zamanda,Şengen zonasınınvəAvropa İqtisadi Bölgəsininüzvüdür, ona görə də bir çox AB qanunu burada artıq qüvvədədir.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta