AZ

Bu, pis siqnaldır: Təcili 1997-ci il sərhədlərinə qayıtmalıyıq!

"NATO Ukraynada davamlı sülhə nail olmaq üçün 1997-ci il sərhədlərinə qayıtmalıdır".Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Azadlıq Alyansı partiyasının üzvü Armando Mema deyib.O bildirib ki, Avropa siyasətçiləri gərginliyin azaldılması üzərində işləməlidir:"Paralel olaraq, Avropa İttifaqı (Aİ)  liderləri Alyansın Rusiyaya doğru genişlənməmək vədinə hörmətlə yanaşmalıdırlar. Çünki bu, avropalılar üçün baha başa gələcək. Aİ-nin aktiv formada yenidən silahlanması və Ukraynadakı fəlakətli siyasəti gələcək üçün pis siqnaldır".Siyasətçi əlavə edib ki, Finlandiya və İsveç Şimali Atlantika Alyansından çıxan ilk ölkələr arasında olmalıdır. Qeyd edək ki, "1997 sərhədlərinə qayıtmaq" NATO-nun Şərqi Avropadan geri çəkilməsi deməkdir. Bu fikir əsasən Rusiyanın tələbidir. Hərbi blok və Qərb isə bunu qəbul etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
2
olaylar.az

3Mənbələr