AZ

Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO

Tanınmış müğənni Nəfəs “Lorenzo Home” şirkətinin rəhbəri Orxan Bünyadzadən şikayətçidir.

Sabahinfo.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında hüquq-mühafizə orqanlarına müraciət edib:

"“Lorenzo Home” şirkətinin rəhbəri Orxan Bünyadzadə məni aldadıb. Belə ki, o, mənim evimin təmirini həyata keçirəcəyini və mebellə təmin edəcəyini deyib. Müqavilə 3 aylıq müddətə nəzərdə tutulmuşdu, bütün ödənişi də etmişəm. Buna baxmayaraq, 8 aydır ki, evimə köçə bilmirəm.

Orxan Bünyadzadə məni aldatmağa davam edir. Onun barəsində tədbir görülməsini xahiş edirəm", - deyə müğənni əlavə edib.

 

Seçilən
4
2
sabahinfo.az

3Mənbələr