Dünən Meksikada “Xalisko Yeni Nəsil” narkokartelinin başçısı, “El Menço” ləqəbli Nemesio Oseguera Servantes hökumətin xüsusi hərbi əməliyyatları nəticəsində zərərsizləşdirilib.
“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı Meksikanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat Xalisko ştatının Tapalpa şəhərində keçirilib. Atışma zamanı dörd kartel üzvü öldürülüb, üç hərbçi yaralanıb.
Hadisədən sonra bir neçə ştatda iğtişaşlar başlayıb, yollar yandırılmış avtomobillərlə bağlanıb.
Xalisko qubernatoru Pablo Lemus Navarro bölgədə fövqəladə təhlükəsizlik rejimi elan edib.
Rəsmilər vəziyyətin nəzarət altına alındığını bildirsələr də, ölkədə gərginlik davam edir.