AZ

Dabaq xəstəliyinə görə məhəllələr karantinə alındı

Türkiyədə səkkiz müəssisədə dabaq xəstəliyinə yoluxma halı aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata əsasən, virusun yayıldığı səkkiz müəssisədə karantin daxil olmaqla bütün tədbirlər görülüb.

Bildirək ki, yazda aparılacaq dabaq xəstəliyinə qarşı peyvəndlənmə kampaniyasına qədər kəsim, idxal və ixrac istisna olmaqla, bütün ölkə ərazisində dabaq xəstəliyinə qarşı həssas olan heyvanların hərəkəti dayandırılıb.

Məlumat üçün qeyd edək ki, İraqda dabaq xəstəliyinin yayılmasından sonra Avropa dabaq xəstəliyi ilə Mübarizə Komissiyasının koordinasiyası ilə Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə virusun aşkar edilməsi üçün fərqli nümunələr göndərilib.

Seçilən
26
ikisahil.az

1Mənbələr