BAKI, 23 fevral. TELEQRAF
Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya
Əlahəzrət,
Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim firavanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti