AZ

El Mencho öldürüldü - Meksika bir-birinə qarışdı

Meksikada federal təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Jalisco "Yeni Nəsil" Kartelinin (CJNG) lideri və ölkənin ən çox axtarılan narkotik baronu olan "El Mencho" ləqəbli Nemesio Oseguera Cervantes öldürülüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Jaliscoya bağlı Puerto Vallartadan gələn görüntülərdə göydə qatı dumanın olduğu, avtobus dayanacaqlarında silah səsləri və partlayışlar səbəbilə panika və qorxu yaşandığı görünür. Məlumatlara görə, Jalisco əyalətinin paytaxtı Guadalajaradan təxminən 130 kilometr cənubda yerləşən Tapalpa kəndində "CJNG"yə qarşı hərbi əməliyyat keçirilib.

Rəsmi şəxslər əməliyyatın təfərrüatları barədə hələlik məlumat verməsələr də, qarşıdurma nəticəsində CJNG lideri El Menchonun öldürüldüyü bildirilib.

El Menchonun öldürülməsi əyalətdə böyük bir zorakılıq dalğasına səbəb olub.




Seçilən
8
manset.az

1Mənbələr