AZ

Azərbaycan güləşçisi Belarusda qızıl medal qazanıb

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 20-dən 22-dək Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 55-ci dəfə təşkil edilən yarışda sərbəst güləş üzrə milli komandanın üzvü Abubakr Abakarov (92 kiloqram) uğurlu çıxış edib. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Abubakr finalda dağıstanlı Qamzat Qasanov üzərində inamlı qələbə qazanıb – 12:5.

Seçilən
12
8
azertag.az

10Mənbələr