AZ

Əbülfət Mədətoğlu: Bu  sabah  xoşbəxtəm

Bu da bir  sabahdı, güldü  ömrümə
Gətirdi   səni də  özüylə  birgə...
Sən imza atmısan mənim könlümə -
Onu darıxmağa qoyma, tez dur, gə..!

Qığılcım  parlasın  baxışlarımdan 
Ovqatım durulsun yaz  havası tək.
Ömrünə  etdiyim  dualarımdan -
Bir  çələng  alınsın - saz  havası tək!

Sözlə  cilalayım  mən  bu  axarı
Heç kimin  haqqına  xələl  vurmadan..
Qaldırım  ruhumu  yerdən  yuxarı -
Gözündən  bir  gilə  uzaq  durmadan!..

Açılan  sabahla  xoşhal  olur  bəxt
Demək  bu  günüm də, yarıyacaqdı!
Özünü ən  xoşbəxt   sayır  Əbülfət -
Saçını  gözlərim darıyacaqdı!

Seçilən
10
1
adalet.az

2Mənbələr