ABŞ Prezidenti Donald Tramp ölkəsinin həddindən artıq çox qələbə qazanmasını tənqid edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə özünə məxsus Truth Social sosial şəbəkəsində paylaşım edib.
“Biz həddindən artıq çox qalib gəlirik, bu, sadəcə ədalətsizdir!” — deyə Donald Tramp yazıb. Dövlət başçısı paylaşımında fikrinin kontekstini açıqlamayıb.
Qeyd edək ki, yanvarın sonunda Tramp öz nailiyyətlərinin amerikalıları göz yaşına boğduğunu bildirmişdi. O, buna nümunə kimi Ayova ştatında sakinlərlə görüşünü göstərmişdi. Prezidentin sözlərinə görə, görüş zamanı iştirakçıların yarısı onunla danışarkən ağlayıb.
Trampın bu cür açıqlamaları onun çıxışlarında tez-tez istifadə etdiyi emosional və şişirdilmiş üslubun bir hissəsi kimi qiymətləndirilir. Bununla belə, son paylaşımın konkret hansı hadisə və ya göstərici ilə bağlı olduğu açıqlanmayıb.