AZ

İran-ABŞ nüvə danışıqları fevralın 26-da Cenevrədə yenidən başlayacaq

İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə keçiriləcək nüvə danışıqlarının üçüncü raundu fevralın 26-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

Turkustan.az xəbər verir ki, Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında yayımladığı açıqlamada bildirib: "ABŞ-İran danışıqlarının bu cümə axşamı Cenevrədə keçiriləcəyini və razılaşmanın yekunlaşdırılması istiqamətində müsbət bir impuls əldə ediləcəyini təsdiqləməkdən məmnunam".

Tərəflər dolayı danışıqlar üçün 6 fevralda Omanda görüşdülər və təmasları davam etdirmək barədə razılığa gəldilər. Daha sonra danışıqlar 17 fevralda Cenevrədə davam etdirildi.

Müzakirələr xüsusilə İranın uran zənginləşdirmə dərəcəsi və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının vəziyyəti ilə bağlı olub.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
1
turkustan.az

2Mənbələr