AZ

Gizli saxlanılan silahlar aşkarlandı - Polisdən geniş əməliyyat

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, fevralın 21-də və 22-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 3 tapança, 2 qumbara, 1 alışdırıcı, 67 tüfəng, 18 patron darağı və 3867 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


Telegram kanalımız
Seçilən
9
9
yenisabah.az

10Mənbələr