AZ

El Mençonun öldürülməsinə ABŞ-dan reaksiya: Əla hadisədir

ABŞ Dövlət Katibinin müavini Kristofer Landau sosial mediada Meksika narkotik kartelinin lideri, "Halisco New Generation" (CJNG) təşkilatının lideri El Menço kimi tanınan Nemesio Osequera Servantesin öldürülməsinin "böyük bir hadisə" olduğunu bildirib.

Publika.az xəbər verir ki, Landau yazıb: "Mənə indicə məlumat verildi ki, Meksika təhlükəsizlik qüvvələri ən qanlı və amansız narkotik lordlarından biri olan "El Mençonu" məhv edib. Bu, Meksika, ABŞ, Latın Amerikası və bütün dünya üçün əla hadisədir".

O qeyd edib ki, "yaxşı adamlar pis adamlardan daha güclü çıxdılar". Dövlət katibinin müavini həmçinin Meksikanın hüquq-mühafizə orqanlarını təbrik edib.

Fevralın 22-də El Mençonun ölüm xəbərlərindən sonra Meksikanın ən azı beş ştatında kütləvi iğtişaşlar baş verib.

Seçilən
9
publika.az

1Mənbələr