Azərbaycan millisi UEFA-nın turnirində sonuncu oyununa çıxır
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyununa çıxacaq.
aia.az xəbər verir ki, millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək matç Bakı vaxtı ilə saat 13:20-də başlanacaq.
aia.az