AZ

Tolik Səidəni hədələdi: Qanını yoxlatdırıb, içəri saldıracam - VİDEO

Bir neçə gündür aparıcı Tarix Əliyev ilə müğənni Səidə Sultan arasında davam edən gərginlik Tiktok sosial şəbəkəsində aparılan canlı yayımda daha da artıb.

News365.az Bakupost.az-a istinadla xəbər verir ki, xalq artisti Brilliant Dadaşovanın da iştirak etdiyi canlı yayımda tərəflər arasında mübahisə yaranıb və onlar bir-birinə ağır ifadələr səsləndiriblər.

Belə ki, Tarix Əliyev müğənninin televiziya və aparıcılarla bağlı səsləndirdiyi tənqidlərə sərt reaksiya verərək, onu narkotik istifadə etməkdə ittiham edib:

“Bu ölkədə namusdan, qeyrətdən danışacaq ən axırıncı adamsan. Nənənin üstünə tüpürən adamsan, yadından çıxıb? Səhər səni “banditizm”ə verib, qanını yoxlatdırıb, içəri saldıracağam"

Mübahisədən sonra Tarix Əliyev Səidə Sultanla bağlı polisə də şikayət edib.

Qeyd edək ki, sözügedən canlı yayımı təxminən 20 minə yaxın insan izləyib.

Seçilən
12
4
news365.az

6Mənbələr