AZ

Leonardo DiKaprio­nun baş rolda çəkildiyi film BAFTA mükafatlarını qazandı

Amerikalı rejissor Paul Thomas Anderson tərəfindən ekranlaşdırılan və Leonardo DiCaprionun baş rolda çəkildiyi “Battle by Battle” adlı döyüş janrlı film Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) altı mükafatına layiq görülüb.

Editor.az xəbər verir ki, bu barədə elan 79-cu Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (British Academy of Film and Television Arts – BAFTA) mükafatlandırma mərasimində səsləndirilib.

Qara komediya elementləri ilə zəngin olan film ümumilikdə 14 nominasiya üzrə namizəd göstərilib. Ekran işi “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ikinci plan kişi aktyor” (Sean Penn), “Ən yaxşı montaj”, “Ən yaxşı operator işi” və “Ən yaxşı adaptasiya olunmuş ssenari” nominasiyalarında “Bürünc Maska” mükafatını qazanıb.

ABŞ-li rejissor Ryan Cooglerin 13 nominasiyada təqdim olunan “Sinners” filmi isə “Ən yaxşı ikinci plan qadın aktrisa” (Wunmi Mosaku), “Ən yaxşı orijinal ssenari” və “Ən yaxşı orijinal musiqi” nominasiyalarında üç mükafata layiq görülüb.

Meksikalı rejissor Guillermo del Toronun “Frankenstein” filmi də üç mükafat qazanıb: “Ən yaxşı istehsal dizaynı”, “Ən yaxşı qrim və saç düzümü” və “Ən yaxşı kostyum dizaynı”.

“Ən yaxşı xarici dildə film” nominasiyasında isə danimarkalı rejissor Joachim Trierin “Duygusal Dəyər” adlı dram filmi qalib olub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr