AZ

Fransada qar uçqununa görə 63 nəfər helikopterlə təxliyə edilib

Fransanın İzer departamentində qar uçqununa görə 63 nəfər yüksək dağlıq ərazidə qalıb.

AZƏRTAC xəbər verir ki, uçqun nəticəsində yol bağlandığından əraziyə avtomobillə getmək mümkün olmayıb. Buna görə də Daxili İşlər Nazirliyinin xilasediciləri zərərçəkənlərin təxliyəsi üçün helikopterdən istifadə ediblər.

Meteoroloqlar sözügedən ərazidə uçqun riskinin yüksək olduğunu bildiriblər.

Seçilən
31
8
yeniazerbaycan.com

9Mənbələr