AZ

Azərbaycanın gübrə ixracından qazancı 32%-dən çox azalıb

Bu ilin yanvar ayında Azərbaycan 5,6 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

“İki sahil" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur.

Hesabat dövründə Azərbaycandan gübrə ixracının dəyəri isə 14,3 milyon ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 32,3 % azdır.

Ay ərzində gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,4 %-ni, ixrac isə ümumi ixracın 0,6 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

Seçilən
4
3
ikisahil.az

10Mənbələr