AZ

İran şahının nəvəsi: Xamenei devrilməyə çox yaxındır

BAKI, 23 fevral. TELEQRAF

“İran rejimi heç vaxt indiki qədər süquta yaxın və bu dərəcədə zəif olmayıb”.

Teleqraf xəbər verir ki, bunu İranın devrilmiş şahı Məhəmmədrza Pəhləvinin nəvəsi Nur Pəhləvi deyib.

Şahın nəvəsi ABŞ Prezidenti Donald Trumpdən İranın Ali rəhbəri Əli Xameneinin devrilməsi üçün iranlılara kömək etməyi xahiş edib.

“İranda baş verənlər rejimin öz vətəndaşlarına qarşı apardığı müharibədir. Bunları görmək və eşitmək çox ağrılıdır və buna laqeyd qalmaq olmaz”, - o əlavə edib.

Nur Pəhləvi bildirib ki, Donald Trampın yardımın çatacağı ilə bağlı açıqlamalarından sonra İran xalqı küçələrə çıxmağa davam edib: “Hətta bəzi küçələrə onun adını veriblər və şəkillərini əllərində tutaraq ondan kömək üçün hərəkətə keçməsini istəyiblər”.

Seçilən
16
teleqraf.com

1Mənbələr