AZ

Səhər yorğunluğunun əsl səbəbi bu imiş – Nevroloq açıqladı

Səhərlər enerjisiz oyanmaq psixoloji səbəblərdən tutmuş hormon balansına, hətta beynin gecə gördüyü işlərə qədər çox faktordan qaynaqlana bilər. Bu problem tez-tez nəzərə alınmır, amma günün ümumi ritmini ciddi şəkildə dəyişir.

E-saglam.az xəbər verir ki, nevroloq Derya Uluduz bildirir ki, səhər yorğunluğunun əsas səbəblərindən biri qan şəkərinin gecə ərzində dalğalanmasıdır. Axşam gec şirniyyat yeyildikdə qanda şəkər sürətlə qalxır, insulin çoxalır və gecə boyunca şəkər kəskin şəkildə düşür. Səhər oyandıqda beyin enerji çatışmazlığı ilə üzləşir və insan özünü halsız hiss edir.

Yuxu zamanı bədən dincəlirmiş kimi görünür, amma beynin içində çox fəal proseslər gedir. Sinir hüceyrələri arasındakı əlaqələr yenilənir, hormonlar tənzimlənir, gün ərzində yığılan kimyəvi tullantılar təmizlənir. Bu mexanizmlər pozulanda səhər dumanlı, ağır və enerjisiz başlayır.

Oyanışın ilk 3 dəqiqəsi beynin istiqamətini müəyyən edir

Beyin zəngli saatdan əvvəl oyanmağa başlayır və ilk olaraq təhlükəsizlik siqnalı yoxlayır. Otağın işığı və sakitlik səviyyəsi beynə “təhlükəsizdir” və ya “stress var” mesajı verir. Buna görə oyanan kimi bir neçə dəqiqə təbii işığa baxmaq, dərin nəfəs almaq və pəncərəni açmaq beynin doğru rejimə keçməsinə kömək edir.

Səhər enerjisini artırmağın effektiv yolları

– Axşamlar ağır yemək və şirniyyatdan uzaq durun.

– Keyfiyyətli yuxu prioritet olmalıdır.

– Oyanan kimi telefon ekranına baxmayın – bu, kortizolu artırıb yorğunluq yaradır.

– İlk 10–15 dəqiqə təbii işığa baxın.

– Yüngül dartma hərəkətləri bədəni oyadır və qan dövranını artırır.

– Üzü soyuq su ilə yumaq vagus sinirini aktivləşdirir və sakitləşdirir.

– Gülüş refleksi beynə “xoşbəxtlik var” siqnalı göndərir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
14
e-saglam.az

1Mənbələr